"Fənərbağça"dan ardıcıl 16-cı qələbə, Mahirin klubu uduzub, "Beşiktaş"dan şok məğlubiyyət

"Fənərbağça"dan ardıcıl 16-cı qələbə, Mahirin klubu uduzub, "Beşiktaş"dan şok məğlubiyyət

Avropa Konfrans Liqasında da qrup mərhələsinin 2-ci tur oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Kosovoda "Ballkani"yə uduzub.

"Fənərbağça" Slovakiyada "Spartak"a da qalib gəlməklə ardıcıl 16-cı matçını uğurla başa vurub.

İstanbul nəhəngi yay hazırlıq dönəmindən bu yana keçirdiyi 16 görüşün hamısında qələbə qazanıb. “Sarı bülbüllər” həm də Avropada 9 oyun ardıcıl qələbə qazanan ilk türk komandası olub

Türkiyənin Konfrans Liqasındakı digər təmsilçisi "Beşiktaş" isə doğma meydanda şok məğlubiyyət yaşayıb. İstanbulda "Luqano"nu qəbul edən Şenol Günəşin komandası 81-ci dəqiqəyə qədər 2:0 hesabı ilə öndə olsa da, İsveçrə klubu 8 dəqiqəyə 3 qol vurub.


Avropa Konfrans Liqası. Qrup mərhələsi. 2-ci tur


A qrupu

Olimpiya (Sloveniya) - Slovan (Slovakiya) 0:1

Qol: A.Sarviç, 55.

Klaksvik (Farer adaları) - Lill (Fransa) 0:0

Xal durumu: Slovan - 6, Lill - 4, Slovan - 3, Klaksvik - 1, Olimpiya - 0.


B qrupu

Gent (Belçika) - Makkabi (Təl-Əviv, İsrail) 2:0

Qollar: T.Tissudali, 39, 90+3.

Breydablik (İslandiya) - Zarya (Ukrayna) 0:1

Qol: Qorbak, 35.

Xal durumu: Gent - 4, Zarya - 4, Makkabi - 3, Breydablik - 0.


C qrupu

Astana (Qazaxıstan) - Viktoriya (Çexiya) 1:2

Qollar: M.Tomasov, 51, - T.Kory, 54. L.Kalkvak, 56.

Ballkani (Kosovo) - Dinamo (Xorvatiya) 2:0

Qollar: A.Kryezu, 44, V.Hamidi, 83.

Xal durumu: Viktoriya - 6, Dinamo - 3, Ballkani - 3, Astana - 0.


D qrupu

Bude-Qlimt (Norveç) - Brügge (Belçika) 0:1

Qol: H.Vaken, 20.

Beşiktaş (Türkiyə) - Luqano (İsveçrə) 2:3

Qollar: V.Abubakar, 38, 52, - İ.Aliseda 81, S.Vladi, 86, E.Bayi.

Xal durumu: Brügge - 4, Luqano - 4, Beşiktaş - 1, Bude-Qlimt - 1.


E qrupu

Alkmaar (Niderland) - Legiya (Polşa) 1:0

Qol: V.Pavlidis, 52.

Aston Villa (İngiltərə) - Jrinski (Bosniya) 1:0

Qol: C.Makgin, 90+5.

Xal durumu: Jrinski - 3, Legiya - 3, Alkmaar - 3, Aston Villa - 3


F qrupu

Fiorentina (İtaliya) - Ferensvaroş (Macarıstan) 2:2

Qollar: A.Barak, 67, C.İkon, 90+3 - B.Varqa, 25, İ.Sisse, 51.

Çukariçki (Serbiya) - Genk (Belçika) 0:2

Qollar: B.Heynen, 10, J.Paintsil, 21.

Xal durumu: Ferensvaroş - 4, Genk - 4, Fiorentina - 2, Çukariçki - 0.


G qrupu

PAOK (Yunanıstan) - Ayntraxt (Almaniya) 2:1

Qollar: A.Jivkoviç, 28, Kulureakis, 90+2 - O.Marmuş, 68.

Aberdin (Şotlandiya) - HJK (Finlandiya) 1:1

Qollar: B.Miovski, 79 - B.Raduloviç, 59.

Xal durumu: PAOK - 6, Ayntraxt - 3, HJK - 1, Aberdin - 1.


H qrupu

Norşelland (Danimarka) - Ludoqores (Bolqarıstan) 7:1

Qollar: M.İnqvartsen, 2-pen., İ.Osman, 11, C.Tverskov, 31, B.Niqren, 33, 74 Son, 68 (avtoqol), R.Teodor, 86 - O.Verdon, 9-pen.

Spartak (Slovakiya) - Fənərbağça (Türkiyə) 1:2

Qollar: K.Ofori, 88 - C.Kinq, 70, 81.

Xal durumu: Fənərbağça - 6, Norşelland - 3, Ludoqores - 3, Spartak - 0.