Konfrans Liqası: 1/8 final çərçivəsində daha 7 oyun keçiriləcək

Konfrans Liqası: 1/8 final çərçivəsində daha 7 oyun keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində qalan 7 görüş oynanılacaq.

mediasport.az xəbər verir ki, mərhələnin "Latsio" - "Alkmaar" (1:2) matçı 2 gün əvvəl keçirilib.

Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə təmsilçisi "Başakşəhər"i qəbul edəcək. Qardaş ölkənin digər klubu - "Sivasspor" isə İtaliyada "Fiorentina"nın qonağı olacaq.

Cavab qarşılaşmaları martın 16-da keçiriləcək.


Konfrans Liqası. 1/8 final. İlk oyunlar

21:45. AEK (Larnaka, Kipr) - "Vest Hem" (İngiltərə)

21:45. “Şerif” (Moldova) - "Nitsa" (Fransa)

21:45. "Anderlext" (Belçika) - "Vilyarreal" (İspaniya)

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə)

00:00. "Lex" (Polşa) - "Yurqarden" (İsveç)

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya)

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə)