Mehdi Hüseynzadə stadionunda baş tutacaq "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır

Mehdi Hüseynzadə stadionunda baş tutacaq "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 21-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlanacaq.

Qarşılaşmadan bir saat əvvəl konsert proqramı təşkil ediləcək. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.