"Formula 1" Qran-prisinə görə Bakıda yollar bu tarixdən bağlanacaq
28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-Prisinin proqramı və nəqliyyatın hərəkətinin məhdudlaşacağı tarix açıqlanıb.
mediasport.az xəbər verir ki, ilk olaraq ikinci dərəcəli pilotlar mübarizəyə qoşulacaqlar.
Yeri gəlmişkən, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Qran-Pri zamanı nəqliyyatın hərəkəti ilə bağlı da açıqlama yayıb. Aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.
“Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir.
28 aprel
11:05. "Formula 2" sərbəst yürüş
13:30. "Formula 1" birinci sərbəst yürüş
17:00. "Formula 1" sıralama turu
29 aprel
13:30. "Formula 1" ikinci sərbəst yürüş
15:15. "Formula 2" sprint yarışı
17:30. "Formula 1" sprint yarışı
30 aprel
11:35. "Formula 2"də əsas yarış
15:00. "Formula 1"də əsas yarış