Əfsanəvi Georgi Hacinin komandası Rumıniya çempionu oldu
Futbol üzrə Rumıniya çempionatında 2022/2023-cü illər mövsümünün qalibi sona 1 tur qalmış müəyyənləşib.
mediasport.az xəbər verir ki, Rumıniya yığmasının əfsanəvi futbolçusu Georgi Hacinin baş məşqçisi olduğu "Farul" doğma meydanda "Styaua" ilə dramatik görüşü qalib başa vurmaqla tarixində ikinci dəfə ölkə çempionu olub.
İlk 17 dəqiqədə qapısından 2 top buraxan Konstanta təmsilçisi sonradan 3 qol vurmaqla əzmkar qələbə qazanıb və xal ehtiyatını 50-yə çatdırıb. Buxarest klubu mövsümü ikinci, ÇFR isə 3-cü pillədə başa vuracaq.