Qran-Pri yarışına görə Bakıda daha bir yol bu gecə bağlanacaq - "Formula 1"

Qran-Pri yarışına görə Bakıda daha bir yol bu gecə bağlanacaq - "Formula 1"

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

mediasport.az xəbər verir ki, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.

Daha əvvəl Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi bağlanıb. Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində keçiriləcək.