7-qat Dünya çempionu üçün unudulmaz Bakı "xatirəsi"

7-qat Dünya çempionu üçün unudulmaz Bakı "xatirəsi"

"Formula 1" üzrə yeddiqat Dünya çempionu Lyuis Həmilton 2022-ci ildə keçirilmiş Azərbaycan Qran-prisi haqda çox maraqlı açıqlama verib.

Başa çatmaqda olan ili dəyərləndirən "Mercedes"in pilotu Bakı Qran-prisində aldığı bel ağrısının 2022-ci il üçün onun ən böyük xatirəsi olduğunu deyib. Bildirib ki, ağrıdan əzab içində dişlərini qıcayıb dilini dişləyərək yarışın erkən bitməsi üçün dua edirmiş: “Ağrıya görə dişlərimi sıxırdım. Hiss etdiyim ağrını ifadə edə bilmərəm".

O, son Bakı Qran-prisini 4-cü yerdə başa vurub. Yarış zamanı bərk ağırı keçirən Həmiltonun əlini belinə qoyaraq çəkilmiş fotosu gündəm olmuşdu.

Tərcümə etdi: Şəms

Mənbə: express.co.uk