Dünya çempionatının idman direktoru vəzifəsindən ayrıldı

Dünya çempionatının idman direktoru vəzifəsindən ayrıldı

2017-ci ildən “Formula 1” üzrə Dünya çempionatının idman direktoru olan Ross Braun tutduğu vəzifədən ayrılıb.

mediasport.az xəbər verir ki, məlumatı F1-in mətbuat xidməti yayıb.

68 yaşlı ingilis “Formula 1” karyerasına 1978-ci ildə “Uilyams” komandasının mühəndisi kimi başlayıb. O, 1991-ci ildən “Benetton”un texniki direktoru və konstruktoru vəzifəsində çalışıb, komandanın  dünya şöhrətli alman pilotu Mixael Şumaxerlə iki dəfə (1994, 1995) çempionluq yaşayıb.