Naxçıvanda seminar keçirildi
AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda futzal hakimləri üçün seminar təşkil olunub.
Mediasport.az xəbər verir ki, AFFA Hakimlər Departamentinin üzvləri tərəfindən referilər üçün nəzəri və praktiki məşğələlər keçirilib, oyun qaydalarında edilən yeniliklər haqda məlumat verilib.
Daha sonra seminar iştirakçılarına yeni geyim dəstləri hədiyyə olunub.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar arasında futzal turniri keçirilir.
17 komanda 4 qrupda mübarizə aparır.