Kamal Umudluya növbəti təyinat
Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.
Umudlu oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro, oktyabrın 29-da Moldova - Monteneqro görüşlərində baş hakim olacaq.
Vüsal Məmmədov həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.