İcra başçısı və Millət vəkili "Kəpəz"in futbol akademiyası ilə tanış oldu

İcra başçısı və Millət vəkili "Kəpəz"in futbol akademiyası ilə tanış oldu

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər stadionunda inşa edilmiş futbol akademiyası ilə tanış olub.

MediaSport.az xəbər verir ki, qərb klubunun İdarə Heyətinin sədri İlqar Nadiri AFFA-nın dəstəyi ilə tikilən akademiya ilə bağlı icra başçısına məlumat verib.

Bildirib ki, inşaat işləri bir müddət öncə yekunlaşıb. Son mərhələdə binanın mebel təchizatı, fitnes avadanlıqları və digər inventarların yerləşdirilməsi prosesi yerinə yetiriləcək. İki mərtəbədən və zirzəmidən ibarət olan akademiyada bəzi otaqlar simvolik olaraq “Kəpəz”in rənglərinə uyğun sarı və göy rənglənib.

Niyazi Bayramov stadionun əsas meydanına baxış keçirib. Qeyd olunub ki, yaz aylarında yararsız hala düşən qazon yenilənib və oyunları qəbul etməyə tam hazırdır. Şəhər rəhbəri Təlim-Məşq Mərkəzinin meydanları ilə də tanış olub.

Millət vəkili Müşfiq Cəfərov məlumat verib ki, futbol infrastrukturunun inkişafı məqsədi ilə burada standart ölçülərə malik bir süni və iki təbii meydan salınıb. Son iki meydança may ayında istifadə verilib və komandalar artıq burada məşq edirlər.