Gənclər Liqası: "Qəbələ" "Olimpiakos"a qarşı

Gənclər Liqası: "Qəbələ" "Olimpiakos"a qarşı

Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

Yunanıstanda baş tutacaq oyuna saat 19:00-da start veriləcək. "Qəbələ" ilk oyunda Pirey təmsilçisində doğma meydanda 0:3 hesabıyla məğlub olub.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.