Murad Musayev cəzalandırıldı - Rusiyalı məşqçiyə 3 ay vaxt verildi

Murad Musayev cəzalandırıldı - Rusiyalı məşqçiyə 3 ay vaxt verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

mediasport.az xəbər verir ki, toplantıda verilən qərarlardan biri "Sabah"ın baş məşqçisi Murad Musayevin cəzalandırılması olub.

Masazırda keçirilmiş "Sabah" - "Neftçi" görüşündə oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alan mütəxəssis 1-i şərti olmaqla 2 oyunluq cəzaya məruz qalıb.

Rusiyalı mütəxəssis klubunu 1000 manat ziyana salıb. Rusiyalı çalışdırıcıya sınaq müddəti kimi 3 ay təyin olunub.