Şeydayevin komandası Çempionlar Liqasına qələbə ilə başlayıb
Azərbaycan yığma komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Mediasport.az xəbər verir ki, hücumçumuzun klubu Buriramda Çinin "Jeyjan Qrintaun" kollektivi ilə qarşılaşıb.
Şeydayevin 73 dəqiqə meydanda olduğu matç Tailand təmsilçisinin inamlı qələbəsilə yekunlaşıb - 4:1.
"Buriram Yunayted" qrup mərhələsinin 2-ci turu çərçivəsində oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.