Konfrans Liqası: "Sabah"ın ev oyununun biletləri satışa çıxarıldı

 Konfrans Liqası: "Sabah"ın ev oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) - "Sent Patriks" (İrlandiya) görüşünün biletləri satışa çıxarılıb. 

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. 

Qarşıdakı günlərdə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub. 

Qeyd:

 1. Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

2. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.

3. Stadionu tərk edən tamaşaçılar, eyni biletlə stadiona təkrar giriş edə bilməyəcəklər. 

Xatırladaq ki, matç avqustun 15-i, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.