"Şamaxı" Ayxan Abbasovun baş məşqçi təyin olunduğunu açıqladı

"Şamaxı" Ayxan Abbasovun baş məşqçi təyin olunduğunu açıqladı

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şamaxı" komandası yeni baş məşqçisini açıqlayıb.

Mediasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Ayxan Abbasova tapşırılıb. O, bu postda Ramiz Məmmədovu əvəzləyib.

Xatırladaq ki, mütəxəssis ötən ay "Turan Tovuz"dan ayrılıb.