Günəşli Koşitsedə əyləncə və pivə: futbol ab-havası yoxdur
Azərbaycan milli komandası UEFA Milətlər Liqasının C liqasının 1-ci qrupunun 2 -ci turu çərçivəsində sabah Slovakiyada yerli yığma komanda ilə qarşılaşacaq.
240 mindən çox əhalisi olan Koşitse şəhərində baş tutacaq görüşə maraq, demək olar ki, yoxdur.
"Misli"nin təşkilatçılığı ilə Şərqi Avropa ölkəsinə ezam olunmuş Mediasport.az saytının əməkdaşı xəbər verir ki, həftəsonu olduğu üçün burada bütün diqqətlərini əyləncəyə həsr edən yerli əhalinin matçla bağlı məlumatlandırılması baxımından şəhərdə heç bir afişaya rast gəlmək mümkün deyil.
Müşahidələrimizə əsasən, gecə saatlarına qədər əyləncə məclisləri ilə vaxt keçirən koşitselilər üçün futbol 2-ci, 3-cü dərəcəlidir.
Hər halda şəhər əhalisinin pivə və pitsaya olan marağının futbolu üstələdiyini əminliklə deyə bilərik.
Xatırladaq ki, sabah Koşitse Futbol Arenasında keçirilək görüş Bakı vaxtilə saat 20:00-da başlanacaq.