Kənddən çıxıb bütün dünyaya səs salan oğlanlar... - FOTO

Kənddən çıxıb bütün dünyaya səs salan oğlanlar... - FOTO

Azərbaycanın "Village Boys" adlı bilik komandası Dünya Robot Olimpiadasında tarix yazıb.

Mediasport.az xəbər verir ki, "kənd oğlanları" 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə 2-ci yeri tutaraq gümüş medal qazanıblar.

Komandanın 3 üzvündən biri - Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.