Hakimi söyən "Sumqayıt" rəsmisi 5 oyunluq diskvalifikasiya edilib
AFFA İntizam Komitəsi "Sumqayıt-2" komandasının inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb.
Mediasport.az xəbər verir ki, o, Əvəzedicilər Liqasının XXXIII turunda "Kəpəz-2" ilə matçda hakimi təhqir edib.
"Gənclik şəhəri" təmsilçisi birbaşa qırmızı vərəqə alan klub rəsmisinə görə 400 manat cərimələnib.
Qarşılaşma Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.