Arsen Venger Azərbaycan yığmasının AÇ-dəki qrupu haqda nə danışdı?
FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib.
mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis F qrupunda Avstriya yığmasının şanslarının yüksək olduğunu deyib.
Venger bildirib ki, Ralf Ranqnik bu komandanı Avropa çempionatının final mərhələsinə daşıya bilər: “Çox balanslı qrup olacaq. Avstriya yığmasının şanslarını yüksək görürəm. Çünki bu komanda getdikcə güclənir. Baş məşqçiləri Ralf Ranqnik də uzaqgörən insandır. O, Avstriya yığmasını Avropa çempionatına aparmaq yolunda ən doğru məşqçidir. Məncə, hədəfləri də bu olacaq”.
Belçika, İsveç və Estoniya yığmaları ilə mübarizə aparacaq millimiz qitə birinciliyinin seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriya seçməsinə qarşı keçirəcək.