"Hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq"

"Hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

mediasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərin güclü olduğunu deyib.

- Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi. Güclü komandalardan biri ilə qarşılaşacağıq. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişafı göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi "Brügge" Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutara mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".