Ronaldinyonun oğlu "Barselona"da!

Ronaldinyonun oğlu "Barselona"da!

Əfsanəvi braziliyalı Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra atasının yolunu davam etdirir.

mediasport.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusununun 17 yaşlı forvard oğlu karyerasını "Barselona"da davam etdirəcək.

"Kruzeyru" ilə müqaviləsinə ikitərəfli razılaşma əsasında xitam verən "sambaçı" hazırda Kataloniya təmsilçisinin düşərgəsindədir. Tibbi müayinədən uğurla keçsə, Mendeşlə müqavilə bağlanacaq.

Ronaldinyo 2003-2008-ci illərdə Kataloniya klubunun formasını geyinib, 145 oyuna 70 qol vurub.