Premyer Liqa təmsilçisi 41 illik aradan sonra Çempionlar Liqasında
İngiltərə Premyer Liqası klubu "Aston Villa" 41 illik fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Mediasport.az xəbər verir ki, 34-cü turun təxirə salınmış görüşündə "Mançester Siti"yə məğlub olan "Tottenhem" (0:2) Birmingem təmsilçisinin uzun həsrətə son qoymasına şərait yaradıb.
Unay Emerinin baş məşqçisi olduğu kollektiv 68 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Mövsümün sonuna 1 tur qalıb və ən yaxın izləyicisi "Tottenhem"i 5 xal qabaqlayan birmingemlilərin Premyer Liqanı 4-cü yerdə bitirəcəkləri dəqiqləşib.
Komanda son dəfə ÇL-də 1982/1983-cü illər mövsümündə çıxış edib.