Həmkarları Almaniya klubunun macar qapıçısına çata bilmədi
Cari mövsüm Avropanın TOP-5 liqasında keçirdikləri oyunlarda qapısını ən çox toxunulmaz saxlayan qolkiperlərin adları məlum olub.
Mediasport.az xəbər verir ki, macarıstanlı Peter Qulaçi (Almaniya Bundesliqası, "Leypsiq") 6 oyunda 5 dəfə bunu bacarıb və sıralamada birinci pillədə qərarlaşıb.
"Yuventus"dan (İtaliya A Seriyası) Mişel di Qreqorio (5 oyunda 4 dəfə) ikinci, "Liverpul"dan (İngiltərə Premyer Liqası) Alisson Bekker (6 oyunda 4 dəfə) üçüncü yeri tutub.
Növbəti sıraları müvafiq olaraq, "Empoli"dən (İtaliya A Seriyası) Devis Vaskes (7 oyunda 4 dəfə), "Mançester Yunayted"dən (İngiltərə Premyer Liqası) Andre Onana (7 oyunda 4 dəfə), "Lans"dan (Fransa Liqa 1) Bris Samba (7 oyunda 4 dəfə), "Atletiko"dan (İspaniya La Liqası) Yan Oblak (8 oyunda 4 dəfə), "Real Sosyedad"dan (İspaniya La Liqası) Aleks Remiro (9 oyunda 4 dəfə), "Barselona"dan (İspaniya La Liqası) İnyaki Penya (4 oyunda 3 dəfə) və "Napoli"dən (İtaliya A Seriyası) Aleks Meret (5 oyunda 3 dəfə) bölüşdürürlər.