ÇL-də 2024/2025 mövsümü üçün əsas mərhələnin püşkü atılır

ÇL-də 2024/2025 mövsümü üçün əsas mərhələnin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 2024/25 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ı pley-offda üstələyən "Dinamo" (Zaqreb) 3-cü səbətdə yer alıb.

Yeni formata əsasən, turnirdə 36 komanda mübarizə aparacaq.

İlkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. 

Turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. 

Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Püşkatma 20:00-da Monakoda keçiriləcək.

Xatırladaq ki, yeni formatda təşkil ediləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək.

Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.


UEFA Çempionlar Liqası. Püşkatma. Səbətlər


1-ci səbət: "Real" (Madrid, İspaniya), "Mançester Siti" (İngiltərə), "Bayern" (Münhen, Almaniya), PSJ (Fransa), "Liverpul" (İngiltərə), "İnter" (Milan, İtaliya), "Borussiya" (Dortmund, Almaniya), "Leyptsiq" (Almaniya), "Barselona" (İspaniya).

2-ci səbət: "Bayer" (Leverkuzen, Almaniya), "Atletiko" (Madrid, İspaniya), "Atalanta" (İtaliya), "Benfika" (Portuqaliya), "Yuventus" (İtaliya), "Arsenal" (İngiltərə), "Brügge" (Belçika), "Şaxtyor" (Donetsk, Ukrayna), "Milan" (İtaliya).

3-cü səbət: "Feyennord" (Niderland), "Sportinq" (Portuqaliya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Zalsburq" (Avstriya), "Lill" (Fransa), "Yanq Boys" (İsveçrə), "Srvena Zvezda" (Serbiya), "Seltik" (Şotlandiya).

4-cü səbət: "Slovan" (Slovakiya), "Monako" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Aston Villa" (İngiltərə), "Bolonya" (İtaliya), "Jirona" (İspaniya), "Ştutqart" (Almaniya), "Şturm Qrats" (Avstriya), "Brest" (Fransa).