I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri və limit açıqlandı

I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri və limit açıqlandı

Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri və oyunçu limitləri açıqlanıb.

MediaSport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, I Liqa sentyabrın 13-də start götürəcək.

Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin yarışı Premyer Liqanın startından bir gün sonra – avqustun 5-də başlanacaq. Burada isə limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst olacaq. 4 futbolçu arasında legionerin yer almasına da icazə verilib.