Azərbaycan millisinin planı müəyyənləşdi - Millətlər Liqası

Azərbaycan millisinin planı müəyyənləşdi - Millətlər Liqası

UEFA Millətlər Liqasında son iki matçı qalan Azərbaycan millisinin qarşıdakı görüşlərə hazırlıq planı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yığmamızın hazırlıq prosesi noyabrın 11-də başlanacaq.

Toplanışa Qəbələdə start verəcək komandamızın Estoniya ilə oyunöncəsi son məşq noyabrın 15-də Qəbələ şəhər stadionunda olacaq.

Millimiz estonlarla dueldən sonra - noyabrın 17-i, saat 16:00-da İsveçin paytaxtı Stokholma yola düşəcək.

Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə matçdan öncə son məşqə çıxaracaq.

Xatırladaq ki, C liqasında yer alan yığmamız qrupda keçirdiyi 4 oyunun hamısında məğlub.

İki dəfə Slovakiyaya (0:2, 1:3), bir dəfə isə eyni hesablarla İsveç və Estoniya seçmələrinə uduzub (1:3).