Premyer Liqa klubu "Neftçi"dən ayrılan Qriqorçuku gətirmək istəyir
Ötən ay “Neftçi”dən istefaya göndərilən Roman Qriqorçuk karyerasını vətənində davam etdirə bilər.
Mediasport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis Premyer Liqa klubu LNZ-ni çalışdıra bilər.
Çerkası təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Andres Karraskonu Qriqorçukla əvəzləmək niyyətindədir.
Ukrayna mətbuatı tərəflər arasında danışıq aparıldığını yazır.
Xatırladaq ki, LNZ 12 turdan sonra 18 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.