İbrahim Sadiq "Qarabağ"la oyunu gözləmədi, "Alkmaar"a keçdi
UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Hekken” itki ilə üzləşib.
Mediasport.az xəbər verir ki, İsveç klubu əsas hücumçusu İbrahim Sadiqlə yollarını ayırıb.
Qanalı forvard transfer dönəminin son günündə “Alkmar”a keçib. 23 yaşlı oyunçu Niderland təmsilçisi ilə 5 illik müqavilə2028-ci ilin yayına qədər müqavilə bağlayıb.
“Hekken” bombardininin satışından 4 milyon avro qazanıb.
Qeyd edək ki, isveçlilər qrup mərhələsinin II turunda oktyabrın 5-də “Qarabağ”la qarşılaşacaqlar.