Əliyar Ağayevə AÇ-də növbəti təyinat: Çexiya - Almaniya oyununda olacaq
Futbol üzrə U-21-lər arasında Avropa çempionatının Belçika və Niderland yığmaları arasında keçirilmiş (0:0) açılış matçını idarə edən Əliyar Ağayevin qitə birincliyində hakimlik edəcəyi növbəti görüş müəyyənləşib.
MediaSport.az xəbər verir ki, UEFA 36 yaşlı FİFA referisi iyunun 25-də "Batumi Arena"da oynanılacaq C qrupunun Çexiya - Almaniya qarşılaşmasında 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Görüşü norveçli hakimlər briqadası idarə edəcəklər, əsas söz sahibi Espen Eskas olacaq.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Rumıniyadan Buxarest və Kluj-Napoka, Gürcüstandan isə Tbilisi, Batumi və Poti şəhərlərinin ev sahibliyi edəcəyi birincilik iyulun 8-də yekunlaşacaq.