"Qarabağ"la matçöncəsi Almaniya Bundesliqasından oyunçu gətirdilər
Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq "Rakuv” yeni futbolçu transferini rəsmiləşdirib.
MediaSport.az xəbər verir ki, Polşa çempionu Almaniyanın 2-ci Bundesliqasında yarışan “Hannover”in hücumameyilli yarımmüdafiəçi Sonni Kitteli rənglərinə bağlayıb.
Çestoxova təmsilçisi azad agent statusu ilə transfer etdiyi 30 yaşlı alman futbolçu ilə 3 illik müqavilə bağlayıb.
Ağdam klubu polşalılarla ilk matçını iyulun 26-da səfərdə keçirəcək, cavab görüşü avqsutun 2-də Bakıda baş tutacaq.