"Qarabağ" və "Neftçi"nin üzvləri Türkiyə ilə matçda oynaya bilərlər
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuç növbəti dəfə Monteneqro milli komandasına çağırılıb.
Mediasport.az xəbər verir ki, futbolçular UEFA Millətlər Liqasının 5-ci və 6-cı turları çərçivəsində keçiriləcək qarşılaşmalarda meydana çıxa bilərlər.
Robert Prosineçkinin baş məşqçisi olduğu yığma noyabrın 16-da İslandiya, 19-da Türkiyə seçməsi ilə üz-üzə gələcək.
Ağdam klubunun digər monteneqrolu legioneri - uzun müddətdir zədədən əziyyət çəkən Marko Veşoviç bu dəfə də düşərgədən kənarda qalıb.