"Nə qələbəyə layiq idik, nə də heç-heçəyə - “Qarabağ” çox yaxşı komanda olduğunu göstərdi"
“Liqada “Sportinq”ə məğlubiyyətdən sonra Avroliqada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Bu gün nə qələbəyə layiq idik, nə də heç-heçəyə".
Mediasport.az xəbər verir ki, bu sözləri “Braqa”nın təcrübəli futbolçusu Joau Moutinyu deyib.
Portuqaliya yığmasının yarımmüdafiəçisi UEFA Avropa Liqasının "Qarabağ"la baş tutan ilk görüşü haqda danışıb, 2:4 hesablı məğlubiyyəti şərh edib. 37 yaşlı Moutinyu çox zəif oynadıqlarını bildirib:
"Çox çətin oyun oldu. Bütövlükdə komanda kimi zəif çıxış etdik. Özüm başda olmaqla, hamımız vəziyyətdən çıxmaq üçün daha çoxunu etməliyik. Amma buna sözlə yox, meydanda hərəkət etməklə nail ola bilərik. Gücümüzü meydanda hər zaman maksimum qoymalıyıq. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidir. Faktdır ki, bu gün biz nə qələbəyə layiq idik, nə də heç-heçəyə".
Moutinyu son dəqiqələrdə vurduqları qolun əhəmiyyaətindən söz açıb: “Ümidləndik. Başa düşürdük ki, oyun 1:4 hesabı ilə başa çatsa, bizimçün hər şey çox çətin olacaq. Vəziyyət indi də çətindir, lakin ikinci qolla ümidimiz çoxaldı. Geridönüş üçün səfərdə bütün qüvvəmizi ortaya qoymalıyıq. “Qarabağ” Avropa Liqasında çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.