Azərbaycan yığmasının şahmatçısı İtaliyada dünya çempionu olub

Azərbaycan yığmasının şahmatçısı İtaliyada dünya çempionu olub

Azərbaycan millisinin üzvü Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

Mediasport.az xəbər verir ki, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayan ikiqat Avropa çempionu dünya birinciliyində də qızıl medal qazanıb.

Mundialda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.

A.Allahverdiyeva 2019-cu ildə Slovakiyanın Bratislava şəhərində keçirilmiş Avropa birinciliyində 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında qitə çempionu adını qazanmışdı.