Kişi şahmatçıların Azərbaycan çempionatında finalçılar məlumdur

Kişi şahmatçıların Azərbaycan çempionatında finalçılar məlumdur

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

mediasport.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə sayəsində, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gələrək həlledici duelə vəsiqə qazanıblar.

Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub etmişdilər. Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq. 

Səfərli və Muradlı isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.