Veteran şahmatçımız Dünya çempionatında 15-ci yeri tutdu

Veteran şahmatçımız Dünya çempionatında 15-ci yeri tutdu

Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyada keçirilən Dünya çempionatında çıxışını başa vurub.

mediasport.az xəbər verir ki, veteran idmançımız 65 yaşdan yuxarı şahmatçılar arasında yarışın sonuncu – 11-ci turunda Peter Petrana (Slovakiya) qalib gələrək xalını 7,5-ə çatdırıb. Sideifzadə bu nəticə ilə 15-ci yeri tutub.

O, çempionatda 5 qələbə qazanıb, 5 heç-heçə edib, yalnız 1 dəfə məğlub olub.