İdman Jurnalistləri İctimai Birliyi De Byazi ilə bağlı bəyanat yayıb
Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Canni De Byazinin Belçika ilə AVRO-2024-ün səfər oyunundan sonra keçirilən mətbuat konfransında azərbaycanlı idman jurmalistlərini təhqir etməsindən məlumatınız var.
Mediasport.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi italyan mütəxəssisin qeyri-etik hərəkəti ilə bağlı bəyanat yayıb.
"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib.
İtaliyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı "axmaq" adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalını tərk edib.
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi olaraq, bu addımı qətiyyətlə pisləyir, De Byazinin Azərbaycan idman mediasından üzr istəməsini tələb edirik".