İlyarımdır futbolsuz qalan sabiq "Neftçi"li özünə komanda tapdı

İlyarımdır futbolsuz qalan sabiq "Neftçi"li özünə komanda tapdı

2008-ci ildən 2015-ci ilə qədər Azərbaycanda çıxış etmiş Denis Silva Kruz özünə yeni komanda tapıb.

mediasport.az xəbər verir ki, ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran" və "Keşlə" (indiki “Şamaxı”) klublarında çıxış etmiş braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

37 yaşlı müdafiəçi Braziliyanın səviyyəcə 3-cü liqası sayılan D Seriyası təmsilçisi "Nasional"la 1 illik müqavilə bağlayıb. İlyarımddan çoxdur peşəkar futboldan uzaq düşən Denis son olaraq D Seriyada "Rio-Branko" klubunda oynayıb.

"Sambaçı" Azərbaycan klublarında ümumilikdə 260-dan çox oyun keçirib, 14 qol vurub.