"Sabah" Çempionlar Liqasının ilk görüşündə İsveç klubuna uduzdu
"Sabah" basketbol komandası FİBA Çempionlar Liqasında mübarizəyə start verib.
Mediasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin "Norrçöpinq Dolfins" klubuna məğlub olub.
Bu, Azərbaycan basketbol klublarının Çempionlar Liqasında debüt matçı olub.
Təmsilçimiz mübarizəni FİBA Avropa Kubokunun müntəzəm mövsümündə davam etdirəcək.
İsveç klubu isə 19 sentyabrda keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.
FİBA Çempionlar Liqası
"Sabah" - "Norrçöpinq Dolfins" 71:75
Antalyan "Gloria Sports Arena"