NTD və "Lənkəran" ABL-də yeni mövsümə məğlubiyyətlə başladı

  NTD və "Lənkəran" ABL-də yeni mövsümə məğlubiyyətlə başladı

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün 1-ci turunun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, NTD yarışa "Abşeron"a məğlub olaraq start verib.

Xatırladaq ki, yeni mövsümün ilk turunun açılış matçında "Neftçi" "Naxçıvan"a 84:79 hesabı ilə uduzmuşdu.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

A qrupu

NTD - "Abşeron" 69:75 (22:16, 12:15, 16:23, 19:21)

Bakı İdman Sarayı.

B qrupu

"Lənkəran" - "Gəncə" 75:90 (20:31, 14:22, 21:17, 20:20)

Lənkəran OİK.