İngiltərə millisində şok itki: Dünya çempionatını buraxacaq
"Çelsi"nin sağ cinah müdafiəçisi Ris Ceyms gələn ay Qətərdə keçiriləcək Dünya çempionatında iştirak etməyəcək.
mediasport.az xəbər verir ki, 23 yaşlı futbolçu Çempionlar Liqasının "Milan"la səfərdəki oyununda zədə alıb.
Həkim müayinəsindən sonra Ceymsin 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.