Suares millidəki karyerasını bitirdi

Suares millidəki karyerasını bitirdi

Hazırda ABŞ-nin "İnter Mayami" klubunda forma geyinən Luis Suares Uruqvay milli komandasındakı karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, bu barədə futbolçu təşkil edilən mətbuat konfransında deyib.

Suares 6 sentyabrda Uruqvay forması ilə sonuncu matçına çıxacaq.

Milli komandanın heyətində 137 oyun keçirən Luis 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Amerika Kubokunun qalibi olub.

Yığmada ən çox oyun keçirən sabiq "Atletiko"lu Dieqo Qodindir (161 matç).