Noyer karyerasını başa vurdu

  Noyer karyerasını başa vurdu

Futbol üzrə Almaniya yığma komandasının qapıçısı Manuel Noyer milli karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, 38 yaşlı dünya çempionu bu barədə rəsmi "Instagram" hesabında paylaşım edib.

Noyer millinin heyətində 124 oyuna çıxıb, 118 qol buraxıb, 51 dəfə qapısını toxunulmaz saxlayıb.

Klub futbolunda karyerasını davam etdirən almaniyalı "Bayern"in formasını geyinir.