Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı

ABŞ-nin "İnter Mayami" klubunda debüt edən Lionel Messi karyerasında 700-cü qələbəsini qazanıb.

MediaSport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı dünya çempionu yubiley qalibiyyətini Şimali və Mərkəzi Amerika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunda “Krus Asul”la (Meksika) matçda rəsmiləşdirib.

Ulduz futbolçu görüşün 90+4-cü dəqiqəsində cərimə zərbəsindən mükəmməl qol vurub - 2:1.

Beləliklə, Messi dünya futbol tarixində portuqaliyalı Kriştiano Ronaldodan sonra 700 qələbə həddinə çatan ikinci oyunçu olub. Argentinalı bu uğura 1029, portuqaliyalı isə 1168  oyunla çatıb.