Vüsalın komandasından çətin qələbə, Şeydayevli "Kocaelispor" lideri büdrədib - Türkiyə 1-ci Liqası
Türkiyə 1-ci Liqasında 19-cu turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" doğma azarkeşlər önündə "Altay"la qarşılaşacaq.
Turun dünən keçirilən oyunlarında digər azərbaycanlı futbolçuların komandaları da növbəti oyunlarını keçiriblər. "Boluspor" (Vüsal İsgəndərlinin komandası) əsas vaxtın sonuna əlavə edilən 7-ci dəqiqədə qələbə qolunu vurub və çətinliklə "Bandırmaspor"u məğlub edib (2:1). Vüsal həmin oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib.
Ramil Şeydayevin ehtiyatda qaldığı oyunda "Kocaelispor" çempionatın lideri, Arda Turanın çalışdırdığı "Eyüpspor"u məğlub edib (3:1).
Xatırladaq ki, yarışın turnir cədvəlində Bolu təmsilçisi 26 xalla doqquzuncu, Kocaeli təmsilçisi 36 xalla ikincidir.
Türkiyə 1-ci Liqası. 19-cu tur
14:30 "Keçiörəngücü" - "Manisa BBSK"
14:30 "Tuzlaspor" - "Altay"
17:00 "Şanlıurfaspor" - "Adanaspor"
20:00 "Gənclərbirliyi" - "Sakaryaspor"