İnyesta karyerasını başa vurdu
Futbol üzrə İspaniya milli komandasının və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, o, rəsmi "Instagram" hesabında paylaşdığı videoda bu barədə məlumat verib.
Andresin futbolçuluq dönəmi daha çox Kataloniya klubu ilə bağlıdır.
40 yaşlı sabiq yarımmüdafiəçi 1996-2001-ci illərdə "Barselona"nın akademiyasında, 2000-2003-cü illərdə klubun əvəzedicilərdən ibarət heyətində, 2002-2018-ci illərdə isə əsas komandada top qovub.
Onun sonuncu iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" komandası (2023-2024) olub. İnyesta buna qədər "Vissel Kobe"də də oynayıb (2018-2023).
Andres İspaniya millisi ilə dünya və ikiqat Avropa çempionluğu sevinci yaşayıb.