AVRO-2024: Çexiya milli komandasının ilkin heyəti açıqlanıb

AVRO-2024: Çexiya milli komandasının ilkin heyəti açıqlanıb

Futbol üzrə Çexiya yığma komandasının AVRO-2024 üçün ilkin heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi İvan Haşek 26 futbolçuya dəvət göndərib.

Çexlər F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan seçmələri ilə mübarizə aparacaqlar.

Qapıçılar: Viteslav Yaroş (“Şturm”, Avstriya), Matey Kovar (“Bayer”, Almaniya), Yindrix Stanek (“Slaviya”);

Müdafiəçilər: Vladimir Çoufal (“Vest Hem”, İngiltərə), David Doudera, Tomas Holeş, Tomas Vlçek, David Zima (hamısı “Slaviya”), David Yurasek (“Hoffenhaym”, Almaniya), Ladislav Krejçi, Martin Vitiç (hər ikisi “Sparta”);

Yarımmüdafiəçilər: Antonin Barak (“Fiorentina”, İtaliya), Vatslav Çerni (“Volfsburq”, Almaniya), Lukaş Çerv, Pavel Şults (hər ikisi “Viktoriya”), Matey Yurasek, Lukaş Provod (hər ikisi “Slaviya”), Andjey Linqr (“Feyenoord”, Niderland), Mixal Sadilek (“Tvente”, Niderland), Tomas Souçek (“Vest Hem”, İngiltərə);

Hücumçular: Adam Hlojek, Patrik Şik (hər ikisi "Bayer", Almaniya), Tomas Hori (Viktoriya"), Moymir Xitil ("Slaviya"), Yan Kuçta ("Sparta").