Finalda İtaliya-İngiltərə klublarının dueli olacaq - Avropa Konfrans Liqası

Finalda İtaliya-İngiltərə klublarının dueli olacaq - Avropa Konfrans Liqası

Futbol üzrə Avropa Konfrans Liqasında da finala vəsiqə qazanan komandaların adları müəyyənləşib.

mediasport.az xəbər verir ki, iyunun 7-də Çexiyada baş tutacaq həlledici görüşdə "Fiorentina" ilə "Vest Hem" üz-üzə gələcək.


Avropa Konfrans Liqası. 1/2 final. Cavab oyunları


"Bazel" (İsveçrə) - "Fiorentina" (İtaliya) əsas vaxt - 1:2 (ə.v - 0:1)

Qollar: Zeki Amduni, 55 - Nikolas Qonsales, 35; 72. Antonin Barak, 120+9.

Baş hakim: Xose Mariya Sançes (İspaniya)

İsveçrə, Bazel. "Sankt-Yakob Park" stadionu. İlk oyun - 2:1


"AZ Alkmaar" (Niderland) - "Vest Hem" (İngiltərə) 0:1

Qol: Pablo Fornals, 90+4.

Baş hakim: İvan Krujlyak (Slovakiya)

Niderland, Alkmaar. AZ stadionu. İlk oyun - 1:2