"Hədəfimiz Avropa Konfrans Liqasına vəsiqə qazanmaqdır"

"Hədəfimiz Avropa Konfrans Liqasına vəsiqə qazanmaqdır"

"Zirə" Azərbaycan Premyer Liqasının 30-cu turunda "Sumqayıt"la qarşılaşıb (0:0).

Mediasport.az xəbər verir ki, həmin görüşdən sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib və maraqlı fikirlər səsləndirib.

O, öncə oyunla bağlı fikirlərini bölüşüb. Daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Sadıqov rəhbərliyin komandanın qarşısına qoyduğu hədəfdən danışıb və ölkə xaricində məşqçi kimi qüvvəsini sınamaq istədiyini də gizlətməyib.