"Qarabağ"la oyunda meydana xal qazanmaq üçün çıxacağıq" - ViDEO

"Qarabağ"la oyunda meydana xal qazanmaq üçün çıxacağıq" - ViDEO

“Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir, çempionatda liderlik edirlər. Öz gücümüzü göstərməyə çalışacağıq”.

Mediasport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Vüsal Məsimov “Qarabağ”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

23 yaşlı müdafiəçi rəqiblərini Qəbələ şəhər stadionunda qəbul etmələrinə baxmayaraq, azarkeşlərin onlara dəstək verdiklərini bildirib: "Meydana xal qazanmaq üçün çıxacağıq. Düzdür, doğma meydanda oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq”.

Yanvarın 27-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 15:00-da start götürəcək.